AZ

Xırdalanda 2 gündür su kəsilib – Açıqlama

Dünən axşam saatlarından Abşeron rayon Xırdalan şəhərinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Axar.az xəbər verir ki, bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azərsu ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, sözügedən ərazidə qəza baş verib:

“Hazırda ərazidə təmir işləri aparılır. Qəza bu gün aradan qaldırılacaq”.

Seçilən
502
3
axar.az

10Mənbələr