AZ

ÇL: "Qarabağ"ın rəqibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 2 matç oynanılacaq. 

"Dinamo Minsk" ötən həftə Bolqarıstanda minimal hesabla uduzduğu "Ludoqorets"dən revanş almağa çalışacaq. Günün digər qarşılaşmasında isə Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşəcək. Şimali İrlandiyada meydan sahibi "Linfild" "Şelburn"u sınağa çəkəcək. İlk görüşdə İrlandiya təmsilçisinin vurduğu yeganə qol həlledici olub.

"Qarabağ" mübarizəyə 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq ki, növbəti raundun ilk oyunları 22-23, cavab görüşləri 29-30 iyulda baş tutacaq.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
16 iyul

22:45. “Dinamo Minsk” (Belarus) – “Ludoqorets” (Bolqarıstan)
İlk oyun: 0:1

22:45. "Linfild" (Şimali İrlandiya) - "Şelburn" (İrlandiya) 
ilk oyun: 0:1

phrase_var_article.chosen
66
50
fanat.az

10phrase_var_article.sources