AZ

İran üçün son vədə açıqlandı | VİDEO

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Amerikanın“Axios” portalı belə məlumat yayıb.

“Bu son tarixə qədər razılaşma əldə olunmasa, üç Avropa dövləti 2015-ci il İran razılaşmasına əsasənBMT Təhlükəsizlik Şurasının ləğv edilmiş sanksiyalarına qarşı “snapback (ani qayıdış)” mexanizmini işə salmağı planlaşdırır”, - portal yazır.

Mənbələrin məlumatına görə, avropalılar yaxın vaxtlarda İranla danışıqlara başlamaq niyyətindədirlər və Tehranı sanksiyalardan qaça biləcəyinə inandırmağa çalışırlar. Amma bunun üçün İslam Respublikası nüvə proqramının sülhməramlı olduğunu sübut edən addımlar atmalıdır.

Söhbət o cümlədən, İsrail və Amerikanın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Tehranın dayandırdığı MAQATE tərəfindən monitorinqin bərpasına, eləcə də onunsərəncamında olan 60%-ə qədər zənginləşdirilmiş təxminən 400 kq uranın ölkədən çıxarılmasından gedir.

- ABŞ prezidenti Donald Trampın administrasiyası İslam Respublikası ilə nüvə sazişi üzrə danışıqları bərpa etməyə çalışır. Eyni zamanda, Ağ Ev rəhbəri İranın hələ də danışıqlar masasına qayıtmamasından məyusdur”,- portal vurğulayır.

İyulun 13-də “The Washington Post” mənbəyə istinadən yazmışdı ki, hətta ABŞ və İsrailin zərbələrinin “hazırkı danışıqlara son qoyduqdan” sonra belə, Ağ Ev Tehranın nüvə proqramı ilə bağlı razılaşmaya açıq olduğunu düşünür.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
26
azvision.az

1Mənbələr