AZ

Musiqi və incəsənət məktəblərinə qəbul nəticələri açıqlanıb

Doğru.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi və incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri elan olunub. Namizədlər nəticələrlə “exam.culture.az” portalı vasitəsilə tanış ola bilərlər.

İmtahan nəticəsindən narazı olanlar iyulun 16-dan 18-dək “MyCulture” vahid şəxsi kabineti vasitəsilə apellyasiya müraciəti verə bilərlər. Müraciətlərə 10 iş günü ərzində baxılacaq. Məktəb və ixtisas seçimi apellyasiya prosesindən sonra “MyCulture” şəxsi kabineti üzərindən aparılacaq.

DOĞRU.AZ

Seçilən
47
41
dogru.az

10Mənbələr