AZ

Paytaxtın bu ərazisində içməli suyun verilişi nə zaman bərpa olunacaq? - AÇIQLAMA

Bakı. Trend:

Binəqədi Rayon Rəsulzadə qəsəbəsi Zəngəzur küçəsində içməli suxəttində qəza baş verib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AzərbaycanDövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri ŞəhərlərinBirləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilir ki, su şəbəkəsinin qəzalı hissəsinin yaşayış evininaltında yerləşməsi təmir-bərpa işlərinin vaxtında tamamlanmasınamüəyyən çətinliklər yaradıb.

"Hazırda Binəqədi rayon Sukanal İdarəsinin qəza briqadasıtərəfindən aparılan təmir işlər yekunlaşmaq üzrədir. İçməli suyunverilişi bu gün axşam saatlarından etibarən mərhələli şəkildə bərpaolunacaq", - qurumdan qeyd olunub

Seçilən
45
1
az.trend.az

2Mənbələr