"15 İyul sadəcə bir gecənin deyil, bir millətin öz iradəsinə sahib çıxmasının tarixidir. Bu xain çevriliş cəhdi təkcə daxili yox, həm də xarici güclərin maraqlarını əks etdirirdi".
Teleqraf-ın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, bunu
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkiyə Prezident AdministrasiyasınınKommunikasiya İdarəsi tərəfindən 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən media proqramı çərçivəsində “15 İyul: Yaddaş, Ədalət və Gələcək” panelində çıxışı zamanı deyib.
"Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində təkcə çevriliş cəhdini deyil, eyni zamanda onu təşkil edənfətullahçı şəbəkənin beynəlxalq dayaqlarını da hədəf aldı. Bu şəbəkə uzun illər boyu təkcə Türkiyəni deyil, regionun sabitliyini də təhlükə altına qoymuşdu. O gecə Türkiyə Böyük Millət Məclisini və Prezident Sarayının bombalanması milli iradəyə qarşı açıq savaş idi. Bu terroru törədənlər əsgər paltarı geyinmiş xainlər idi.
Bu iki məkanın – TBMM-nin və Prezident Sarayının- eyni gecə bombalanması heç də təsadüfi deyildi. Çünki bu iki yer birbaşa milli iradəni təmsil edir. Əsrlər boyunca düşmən orduları belə parlamentlərə hücum etməyiblər. Amma FETÖ-nün zəhərli zehniyyəti bu həddi də aşaraq, məhz xalqın seçdiyi məclisi bombaladı.15 iyulda baş verənlər, bu çevriliş cəhdi xarici bağlantıların təsiri ilə hazırlanmış və FETÖ başda olmaqla beynəlxalq güclərin əlində alətə çevrilmiş bir struktura istinad edirdi.
FETÖ yalnız dövlətə deyil, milli iradəyə düşməndir. Onun hədəfi – silahla yox, gizli şəbəkə və xarici dəstək vasitəsilə millətin seçdiyi hakimiyyəti yıxmaq, xalqın söz haqqını susdurmaq idi.
Bunu heç vaxt unutmamalıyıq.
FETÖ-nün strukturlarında yer alanşəxslər həbs edildi, istintaqa cəlb olundu, ədalət qarşısında cavab verdi.
Türkiyə hüquq dövləti olaraq bu məsələdə qanun çərçivəsində hərəkət etdi və ədaləti təcəssüm etdirdi. FETÖ təkcə bir terror təşkilatı deyil, dövlət içində yuva salmış bir virus idi. Ona qarşı mübarizə də hüquqi əsaslarla və xalqın iradəsinə uyğun şəkildə aparıldı",-deyə C.Yılmaz deyib.