Azercell Telekom 2019-cu ilin dekabr ayının 3-dən 6-a kimi
Bakı Ekspo Mərkəzində keçirilmiş "Bakutel”- Azərbaycan Beynəlxalq
Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci
Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak
edib. "Bakutel 2019” sərgisində bütün ziyarətçilər tərəfindən
böyük maraqla qarşılanan şirkət stendi təşkilatçılar tərəfindən "Ən yaxşı stend
dizaynına görə” xüsusi sertifikatla təltif edilib.
Azercell hər il olduğu kimi, bu il də mobil rabitə və telekommunikasiya sahəsinin
ən innovativ layihələrini öz stendində sərgiləyib. 6 000-dən çox iştirakçı tərəfindən
ziyarət edilmiş Azercell-in ənənəvi stendində innovativ, həm biznes, həm də
asudə vaxt üçün faydalı yeniliklər təqdim edib. Xatırladaq ki, "Bakutel 2019” sərgisinin
keçirildiyi dörd gün ərzində Azercell bütün sərgi iştirakçılarını stenddəki
mobil telefon və böyük ekran üzərindən 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli
internetin üstünlüyünün şahidi olmaqla ən son nəsl mobil texnologiyanın real
sürətini hiss etməyə imkan yaratdı.
Bundan əlavə, 5G şəbəkəsi üzərindən 5G
Multisensor, 5G Konfrans, 5G
Oyunlar və digər rəqəmsal həllər yerli və beynəlxalq qonaqların test rejimində istrifadəsi
üçün təqdim edildi.
Ötən ay Bakının
Fəvvarələr Meydanında ilk dəfə 5G sürət sınağını həyata keçirən Azercell şirkəti
hazırda 5G, Süni İntellekt (Aİ) və
Əşyaların İnterneti (İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli
bazara gətirməklə, şirkətin məhsullar portfelini zənginləşdirmək üzərində
çalışır. Şirkətin hədəfi gələcəyin cəmiyyətini və iqtisadiyyatını
formalaşdıran texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutaraq yüksək sürətli
mobil internet və daimi bağlantını bütün abunəçilər üçün təmin etməkdir.
www.anews.az