AZ

"Mado"nun kulinariya direktoru məşhur restoran biznesini satışa çıxarıb

Uzun müddətdir fəaliyyət göstərən və geniş müştəri bazasına malik olan "Chef Mood Baku" restoranlar şəbəkəsi satışa çıxarılıb.

"Valyuta.az"ın məlumatına görə, restoranlar şəbəkəsinin təsisçisi Yunis Tahirovdur.

O, eyni zamanda "Mado" restoranında kulinariya direktoru kimi çalışır. "Chef Mood Baku" hazırda Bakının Əhmədli və Əcəmi rayonlarında, eləcə də Lənkəran və Xankəndi şəhərlərində fəaliyyət göstərir.

Biznesin satış qiyməti 3 550 000 manat olaraq müəyyən edilib.

Restoran şəbəkəsinin yerləşdiyi obyekt böyük torpaq sahəsində yerləşir və prestijli, aktiv lokasiyada fəaliyyət göstərir. Məlumata görə, bu satış özündə yalnız restoran şəbəkəsini deyil, həm də gəlirli və sənədləşməsi tam hazır olan bir biznes layihəsini ehtiva edir. Alıcılar üçün unikal imkanlar və analoqu olmayan təkliflər mövcuddur.

Mayya Hüseynova

Seçilən
22
valyuta.az

1Mənbələr