AZ

Paşinyan: Nəqliyyat yollarının idarəsi üçün özəl şirkət cəlb oluna bilər

Azərbaycanla sülh sazişi çərçivəsində regionda açılacaq nəqliyyat yollarının idarə olunması üçün özəl şirkət cəlb oluna bilər.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, investisiyaların cəlb edilməsi və yolların daha səmərəli idarə olunması məqsədi daşıyır. Paşinyan əlavə edib ki, bu halda yolların mülkiyyəti Ermənistanın üzərində qalacaq, söhbət yalnız idarəetmədən gedir.

Seçilən
37
teleqraf.com

1Mənbələr