Bu yay 6 futbolçu "Mançester Siti"ni tərk edə bilər.
Operativ Media bu barədə "The Athletic"ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, komandanın baş məşqçisi Xosep Qvardiola qarşıdan gələn mövsümdə sərəncamında daha az futbolçunun olmasını istəyir.
Qeyd olunur ki, klubu tərk edə biləcəklər siyahısında müdafiəçilər Con Stounz, Niko O'Reyli, yarımmüdafiəçilər Mateo Kovaçiç, İlkay Gündoğan və Klaudio Eçeverri, eləcə də hücumçu Oskar Bobb var.
2024/25 mövsümünün sonunda "Siti" 71 xalla Premyer Liqanın turnir cədvəlində üçüncü yeri tutub. Çempionlar Liqasında İngiltərə komandasını 1/16 final mərhələsində "Real Madrid" mübarizədən kənarlaşdırıb (3:2, 3:1).