ANKARA, 16 iyul. TELEQRAF
"15 İyul şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə uzun ömür və sağlam olmalarını arzulayıram".
Teleqraf-ın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədr müavini Bekir Bozdağ Türkiyə Prezident AdministrasiyasınınKommunikasiya İdarəsi tərəfindən 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən media proqramı çərçivəsində "Demokratiyaya Sahip Çıxmaq: Mülki Dirənişin Gücü" adlısessiyada çıxışı zamanı deyib.
"15 İyulun əsl mahiyyətini yalnız bir gün və ya tək bir hadisə kimi deyil, bütünlükdə bir çağırış və dönüş nöqtəsi kimi dəyərləndirməliyik.
Türkiyənin keçmişində hərbi çevrilişlərə dair kifayət qədər xoşagəlməz təcrübəsi var. 15 İyul xəyanətinin uğursuzluqla nəticələnməsi, cəmiyyətin və siyasi sistemin birgə dirənişinin məhsuludur.
15 İyulda xəyanət ortaya çıxan ana qədər- ölkənin bütün siyasi partiyaları, prezident və Türkiyə Böyük Millət Məclisi ortaq və qəti bir iradə sərgilədi. Bu, əvvəlki çevrilişlərdən fərqli olaraq demokratik təsisatların birlikdə hərəkət etdiyi nadir bir nümunə idi. 15 İyulda hər kəs milli iradənin yanında yer aldı", -deyə B. Bozdağ deyib.
B.Bozdağ əlavə edib ki, 2016-cı ildən etibarən ilk dəfə olaraq, prezidentin seçilməsi səlahiyyəti birbaşa xalqa verildi və bununla da Türkiyə tarixində yeni bir dövr başladı:
"Bu, xalqın iradəsinin dövlət idarəçiliyinə birbaşa təsirini təmin edən, əhəmiyyətli bir addım idi. Bu sistem dəyişikliyi və bu səsvermə -yenidən bu ölkədə çevrilişlərin olmaması üçün aparılan mübarizənin və atılan strateji addımların təcəssümüdür".