Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Naxçıvana Sünikdən keçən yolun idarəsinin özəl şirkətə verilə biləcəyini istisna etməyib.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, N.Paşinyan, bu barədə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, idarəetmənin verilməsi məsələsində hazırda bir neçə oxşar hal var.
"Məsələn, "Zvartnots" hava limanının idarəetməsi həvalə edilib. Mən hesab etmirəm ki, burada Ermənistanın yurisdiksiyası və ya ərazi bütövlüyü hər hansı şəkildə pozulub", - N.Paşinyan qeyd edib.
Məlumat yenilənir