AZ

İsrail Suriyanı VURDU

İsrail Müdafiə Ordusu Suriya hökumət qüvvələri Əs-Suveyda bölgəsini tərk edənə qədər onlara zərbələr endirməyə davam edəcək.

XəzərNews.azxəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz deyib.

O qeyd edib ki, Suriya hökuməti druzları rahat buraxmalı və qoşunlarını geri çəkməlidir.

Katz İsrailin druzları dəstəklədiyini və silahsızlaşdırma siyasətini həyata keçirmək niyyətini vurğulayıb.

İsrail mediasının yazdığına görə, Əs-Suveyda bölgəsindəki gərginliklə əlaqədar İsrail Suriya ilə sərhədə dörd sərhəd mühafizə bölüyü yerləşdirib.

Bu arada Dəməşqdə güclü partlayış baş verib. Son məlumatlara görə, İsrail aviasiyası Suriyanın paytaxtına - Müdafiə Nazirliyinin yaxınlığındakı əraziyə zərəblər endirib.

Xəbər 2 dəfə oxunub.
Seçilən
53
xezernews.az

1Mənbələr