Bakı.Trend:
Sumqayıt şəhərində keçirilən sonuncu əməliyyat zamanınarkoşəbəkənin qabaqcadan əlbir olan daha iki üzvü İbrahim Əliyevvə Elçin Hüseynov saxlanılıblar.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, onların idarə etdikləri avtomobildən 67 kiloqram290 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuanaaşkarlanıb.
Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayətəlaqəsinə girdiklərini etiraf edən İ.Əliyev və E.Hüseynov narkotikvasitələri Abşeron rayonu ərazisindən əvvəlcədən razılaşdıqlarıyerdən götürüb maddi gəlir qazanmaq üçün satışını təşkil etməyiplanlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İ.Əliyev və E.Hüseynovun daxil olduqları narkoşəbəkənin digərüzvlərinin də ifşa edilərək məsuliyyətə cəlb olunmalarıistiqamətində əməliyyatlar davam etdirilir.