AZ

Gəncədə avtomobil işıq dirəyinə, daha sonra divara çırpılıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin dəmir yolu vağzalının yaxınlığında qeydə alınıb. "Land Rover" markalı minik maşını idarəetmədən çıxaraq işıq dirəyinə, daha sonra isə yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb. Avtomobilə, hasar və işıq təsərrüfatınaziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
48
5
apa.az

6Mənbələr