AZ

"Onların bu gün yenə ön sıralarda yer alması təəssüf doğurur" - Aqil Ələsgərdən 15 iyul mesajı

Azərbaycanda Fətullah Gülən şəbəkəsinə qarşı ardıcıl və sərt çıxışları ilə tanınan “Yeni Çağ” informasiya portalının baş redaktoru Aqil Ələsgər 15 iyulla bağlı sosial şəbəkədə diqqətçəkən paylaşım edib. O bildirib ki, 15 iyul dövlət çevrilişinə cəhd tarixi heç vaxt unudulmamalıdır, lakin daha vacib olan həmin gecə “kim harada idi və nə etdi” sualının cavabının da daim yadda saxlanılmasıdır.

Baş redaktor qeyd edib:

“15 iyullar unudulmamalıdır, lakin 15 iyul gecəsi kim harada idi və nə etdi, bu əsla unudulmamalıdır! Dünən FETÖ ilə eyni hovuzdan su içənlərin, 15 iyuldan əvvəl (bəziləri sonrasında da) FETÖ terror təşkilatına qarşı bircə cümləsi belə olmayanların bu gün yenə ön sıralarda yer alması insanı kədərləndirir... Yaşasın böyük və şanlı Türk Milləti!”

Qeyd edək ki, iyulun 15-də Türkiyənin Azərbaycandakı səfirliyində 2016-cı ildə baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı anım tədbiri keçirilib. Tədbirdə diqqət çəkən məqam ondan ibarət olub ki, Fətullah Gülənin rəsmi saytında vaxtilə məqalələri dərc edilmiş şəxslər ön sıralarda əyləşiblər.

AzNews.az

Seçilən
56
aznews.az

1Mənbələr