AZ

Avrelinin heykəli 65 il sonra Türkiyəyə "qayıdır"...

1960-cı ildə Türkiyənin Burdur şəhərindən qeyri-leqal şəkildə çıxarılan Roma imperatoru Mark Avrelinin tunc heykəli ABŞ-dan geri qaytarılacaq.

Kulis.az məlumat verir ki, heykəl uzun illər müxtəlif kolleksiyalarda saxlanılıb,sonra isə Klivlend İncəsənət Muzeyinə yerləşdirilib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ABŞ hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində heykəlin vətənə qaytarılması barədə razılığa gəlib və hüquqi prosedur tamamlanıb.

Qeyd edək ki, heykəl yaxın günlərdə Türk Hava Yollarının xüsusi reysi ilə vətəninə gətiriləcək.

Seçilən
71
4
kulis.az

5Mənbələr