Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Ali Məhkəməsinin sədri Bertan Özerdağ Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Bakıya yola düşüb.
AZƏRTAC ŞKTC Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinə istinadla xəbər verir ki, səfər zamanı onu Şimali Kipr Ali Məhkəməsinin hakimi Peri Hakkı müşayiət edir.
Səfər çərçivəsində Azərbaycanın və Türk Dövlətləri Təşkilatına üzv olan digər dövlətlərin məhkəmə strukturlarının nümayəndələri ilə danışıqların aparılması planlaşdırılır.
B.Özerdağın “Müasir insan həyatında baş verən dəyişikliklərin Konstitusiya hüquqlarına təsiri” mövzusunda çıxışı da nəzərdə tutulub.