AZ

"Barselona" Afrika ölkəsini 44 milyon avroya reklam edəcək

BAKI. 16 iyul. TELEQRAF

Konqo Demokratik Respublikasının (DR) hökuməti İspaniya "Barselona"sının yeni sponsoru ola bilər.

Teleqraf "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hazırda Konqo DR-nin idman naziri Didye Budimbu Kataloniya təmsilçisinin rəsmiləri ilə danışıqlar aparır.

Tərəflər 4 illik müqavilə bağlamağa yaxındırlar. Ümumi gəlir 44 milyon avro təşkil edəcək.

Anlaşma həyata keçəcəyi təqdirdə, "Barselona"nın məşq formasında "RDC, coeur de l'Afrique" ("Konqo DR, Afrikanın ürəyi") loqotipi olacaq.

"Barsa" 2024/2025 mövsümündə 3 milli titul əldə edib. Bunlar La Liqa çempionluğu, İspaniya Kuboku və ölkə Super Kubokudur.

Bir müddət əvvəl Kataloniya klubunun Bakıda da akademiyasının açılmasına dair razılıq əldə olunub.

Seçilən
41
teleqraf.com

1Mənbələr