Polis tərəfindən saxlanılan reper Əkbər Novruzlu (Epi) həbs olunub.
Moderator.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı məhkəmə qərar verib.
O, İnzibati Xətəalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 510-cu (Xırda xuliqanlıq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs edilib.
Qeyd edək ki, Əkbər Novruzlunun (Epi) bir neçə gün əvvəl Bakı bulvarında keçirilən tədbirdə söyüş yer alan repə görə saxlandığı bildirilir. Bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
Faktla bağlı araşdırma aparılır.
14:14
"Epi" adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində səsləndirdiyi repdə söyüş və əxlaqsız ifadələrin yer almasının səbəb olduğu bildirilir.
Bakı bulvarındakı tədbir zamanı açıq məkanda ifa edilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
Hazırda reperlə bağlı araşdırma aparılır.