Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın "Bizim.Media"ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 1986-cı il təvəllüdlü Gülçin Niftalıyevanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 39 yaşlı qadın xastəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.