AZ

Məhkəmə həbsdə olan vəkil Adəm Məmmədov və qardaşı barəsində qərar verib

Həbsdə olan vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində olan qərardan verilən apellyasiya şikayətinə baxılıb.

APA xəbər verir ki, bununla bağlı Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Vəkil Cavidan Osmanlının APA-ya verdiyi məlumata görə, qərar dəyişdirilmədən qüvvədə saxlanılıb. Adəm Məmmədovla bağlı hökm qüvvəyə mindiyi üçün o, cəzaçəkmə müəssisəsinə köçürülcək.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onun qardaşı Xəyyam Məmmədovu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində vəkil Ceyhun Yusifov xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edib. Onlar Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli biliniblər.

Seçilən
10
3
apa.az

4Mənbələr