Avropa İttifaqının 2028-2034-cü illər arasında büdcəsi 2 trilyon avro dəyərində olacaq.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib.
O, bunu Avropa Komissiyasının indiyə qədər təqdim etdiyi ən iddialı büdcə adlandırıb.
"Bu gün biz 2028-2034-cü illər üçün Aİ büdcəsini təqdim edirik. Bu, həm bu günün reallıqları, həm də sabahın çağırışları üçün büdcədir. Bu, Avropanın ambisiyalarına uyğun gələn yeni dövr üçün büdcədir. Bu, Avropanın problemlərini həll edir. Bu, müstəqilliyimizi möhkəmləndirir", - AK Prezidenti qeyd edib.