AZ

"Zirə" yoxlama oyununda Türkiyə təmsilçisini darmadağın etdi

BAKI, 16 iyul. TELEQRAF

Növbəti mövsümə hazırlığını davam etdirən "Zirə" Türkiyə təmsilçisi “Pendik”lə yoxlama matçı keçirib.

Teleqraf verir ki, “Fanatik Tur Meydançaları"nda keçirilən qarşılaşma "qartallar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda qolları Brahim Konate (64), Davit Volkov (66) və Junior Martins (73, 79) vurub.

Rəşad Sadıqovun kollektivi daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü” (2:1) və "Çorum"dan (2:0), həmçinin İordaniya təmsilçisi “Əl-Hüseyn”dən (1:0) üstün olub.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də 8-ci kilometr stadionunda, cavab görüşü isə iyulun 31-də “Polyud” stadionunda olacaq.

Seçilən
31
2
teleqraf.com

2Mənbələr