ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Paueli işdən çıxaracağını bildirib.
APA xəbər verir ki, bu barədə Ağ Evin yüksək rütbəli rəsmisi CNBC-yə bildirib.
O qeyd edib ki, Tramp respublikaçı deputatlarla dolu otaqda FED sədri Cerom Paueli işdən çıxaracağını bildirib.
“Prezident qanunvericilərdən FED sədrinin işdən çıxarılmasına necə münasibət bəslədiklərini soruşdu. Onlar onun işdən çıxarılmasına razılıqlarını bildirdilər. Prezident, yəqin ki, tezliklə olacağını bildirdi”, - Ağ Ev rəsmisi bildirib.