AZ

Suriyanın cənubunda atəşkəs əldə edildi

Suriyanın cənubundakı Suveyda şəhərində atəşkəs əldə edilib.

“Qafqazinfo”  xəbər verir ki, məlumatı SANA agentliyinə Suriya Daxili İşlər Nazirliyindəki mənbə təsdiqləyib.

Belə ki, Suveydadakı təhlükəsizlik mənbələrindən verilən məlumata görə, atəşkəsin əldə edildiyi və silahların səssiz qaldığı Sveydada bütün hərbi fəaliyyətlər razılaşmaya uyğun olaraq dayandırılacaq.

Tərəflər Suveyda şəhərinin mərkəzindəki qüvvələrin Suriya Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərəcəkləri, dövlət qurumlarının isə Dəməşq hökumətinin nəzarətinə keçəcəyi barədə razılığa gəliblər.

Seçilən
52
6
qafqazinfo.az

7Mənbələr