AZ

Qusarda kənd təsərrüfatı sahələrində aparılan işlərlə tanışlıq olub - FOTO

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayon ərazisində əkin sahələrinə baxış keçirib, sahibkarlar, mexanizatorlar və kənd təsərrüfatı mütəxəssisləri ilə görüşüb.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, icra başçısı əvvəlcə taxıl sahələrində davam edən biçin prosesini izləyib, biçin texnikalarının fəaliyyəti, texniki təminat və məhsuldarlıqla bağlı vəziyyətlə maraqlanıb.

Görülən işlər barədə müvafiq struktur rəhbərlərinin məlumatları dinlənilib. Bildirilib ki, 2025-ci ilin biçin mövsümünün başlanmasından 15 iyul tarixinədək olan dövr ərzində rayon üzrə 4650 hektar buğda və 8790 hektar arpa sahəsində biçin aparılıb. Bu sahələrdən ümumilikdə 38903,4 ton məhsul toplanıb.
 

Daha sonra icra başçısı tərəvəz əkinlərinin vəziyyəti ilə yerində tanış olub. Qeyd olunub ki, 2025-ci ildə rayonda ümumilikdə 3793 hektar sahədə tərəvəz əkini aparılıb. 1 iyul 2025-ci il tarixinə olan məlumata əsasən, bu sahələrdən artıq 2777,1 ton məhsul yığılıb və yığım kampaniyası hazırda uğurla davam edir. Fermerlər bildiriblər ki, bu il məhsuldarlıq qənaətbəxşdir, xüsusilə pomidor, kartof və brokkoli kələmi sahələrində məhsulun həm məhsuldarlığı, həm də keyfiyyəti yüksək qiymətləndirilir.


Görüş zamanı sahibkarlar, torpaq istifadəçiləri və aqronomların təklif və müraciətləri dinlənilib.

Səfər çərçivəsində rayon rəhbəri kənd futbol meydançasında oynayan uşaqlarla da görüşüb, onların arzu və istəklərini dinləyib.













Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

phrase_var_article.chosen
78
42
bizim.media

10phrase_var_article.sources