AZ

Yük maşını işıq sayğacını qoparıb - "Günlərdir sayğacı düzəldən yoxdur"VİDEO

İşıq sayğacı günlərdir yerindən qopub, lakin gəlib düzəldən yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Binə qəsəbəsi, Xurşidbanu Natəvan küçəsindən gedir.

Həmin ünvanda yaşayan ev sahibi Gülnaz Quliyeva deyir ki, həftəsonu ağırtonnajlı yük maşınlarından biri məhəllədən keçərkən elektrik naqillərinə ilişib. Bu səbəbdən sayğac yerindən qopub və qəzalı vəziyyətə düşüb.

“Sayğac qəzalı vəziyyətdə olduğu üçün gün batanda çıxıb qapının ağzında otururuq ki, uşaqlar bilmədən sayğaca toxunmasın və hansısa faciə baş verməsin”, - Gülnaz Quliyeva deyib.

Məsələyə "Xəzər Xəbər"in müdaxiləsindən sonra “Azərişıq” ASC-nin əməkdaşları hadisə yerinə gəlib və problemi həll edib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
42
xezerxeber.az

1Mənbələr