AZ

Media nümayəndələri üçün dini ibadətgahlara media-tur təşkil olunub

Şamaxıda iyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə  “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfrans çərçivəsində media nümayəndələri üçün dini ibadətgahlara media-tur təşkil olunub. 

Mediatur çərçivəsində iştirakçılar Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidini ziyarət ediblər. Daha sonra media mənsubları Şamaxı şəhər İmamzadə məscidi və Pirsaat Baba ziyarətgah-məscid kompleksinə baş çəkiblər. 

Media nümayəndələri dini abidələrin tarixi, məscidlərdə aparılan təmir-bərpa işləri haqqında ətraflı məlumatlandırılıblar.

Seçilən
62
2
yeniazerbaycan.com

3Mənbələr