“Zirə” Türkiyədəki yay təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun komandası “Pendik” ilə qarşılaşıb və rəqibini 4:0 hesablı məğlubiyyətə uğradıb.
60-cı dəqiqədə Brahim Konate, bundan 6 dəqiqə sonra isə Davit Volkov fərqlənib. Junior Martins isə 73 və 79-cu dəqiqələrdən qol vuraraq, dubla imza atıb.
Qeyd edək ki, "Zirə" daha öncə yoxlama matçlarında Bakıda "Qarabağ"a (1:2) uduzub, Türkiyədə "Ankara Keçiörengücü" (2:1), "Əl Hüseyin" (1:0) və "Çorum"a (2:0) qalib gəlib.