AZ

Bakı-Sumqayıt yolundakı piyada keçidi bərbad vəziyyətdədir VİDEO

Bakı-Sumqayıt magistral avtomobil yolunun üzərində yerləşən yerüstü piyada keçidi baxımsız vəziyyətdədir. 

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyiblər ki, Abşeron rayonu ərazisində yerləşən keçid uzun müddətdir belə vəziyyətdədir.

Onların sözlərinə görə, açıq qalmış naqillər piyadalar üçün ciddi təhlükə yaradır. 

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, keçiddəki bəzi dağıntılar və zədələnmələr sakinlərin özləri tərəfindən törədilib. 

Sakinlər ümid edir ki, mövcud problemlər qısa vaxt ərzində öz həllini tapacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

Seçilən
72
5
xezerxeber.az

6Mənbələr