AZ

Ümumdünya Yay Universiadasının açılış mərasimi başlayıb

Duysburq, 16 iyul, AZƏRTAC

Almaniyanın Reyn-Rur regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasının açılış mərasimi başlayıb.

AZƏRTAC xəbər verir ki, Duysburqdakı "Şauinsland-Rayzen-Arena"da təşkil olunan tədbir Bakı vaxtı ilə saat 22:00-da start götürüb.

Müxtəlif şouların nəzərdə tutulduğu açılış mərasimində iştirakçı ölkələrin paradı da olacaq.

Qeyd edək ki, Berlin, Boxum, Essen, Duysburq, Mülhaym və Hagen şəhərlərinin ev sahibliyi etdiyi Universiadada Azərbaycan 12 idman növü üzrə 71 idmançı ilə təmsil olunur.

Seçilən
82
azertag.az

1Mənbələr