ABŞ-ın nüfuzlu The New York Times nəşri Rusiyanın prezident Donald Trampın Ukrayna ilə bağlı irəli sürdüyü yeni təzyiqlərə heç bir əhəmiyyət vermədiyini yazıb.
KONKRET.az xəbər verir ki, nəşrin məlumatına görə, rəsmi Moskva nümayəndələri və Kremlin yaxınlığında olan şərhçilər Trampın Ukrayna ilə müharibənin tezliklə bitməsi üçün Rusiyaya təzyiq etməsinə baxmayaraq, heç bir mövqe dəyişikliyi əlaməti göstərmirlər. Rusiya hələ də əvvəlki xəttini davam etdirir: istənilən sanksiyalara dözməyə və xarici təzyiqlərdən asılı olmayaraq, hərbi məqsədlərinə çatmağa hazırdır.
Kremldəki mənbələr bildirirlər ki, prezident Vladimir Putin özünü bu mübarizədə qalib hesab edir və yalnız Ukraynanın ciddi güzəştləri qarşılığında dayanmağı düşünə bilər.
Nəşr qeyd edir ki, Putin hələ Trampın yeni mövqeyi ilə bağlı ictimai şərh verməyib.
Natiq Səlim,
KONKRET.az