AZ

Rusiyada çözülməyən sağ sükan söhbəti, və ya yapon sevgisi - FOTO

Rusiyada yenidən sükanı sağda olan avtomobillərin qadağan edilməsi gündəmə gəlib. Avtosfer.az xəbər verir ki, DİN belə bir qadağanı yol təhlükəsizliyi ilə əlaqləndirir. 2024-cü ildə baş verən qəzaların 10 faizi sağ sükanlı maşınların payına düşür. Söhbət konkret olaraq işlənmiş Yaponiya avtomobillərindən gedir. 
Əslində bu, qadağa yolunda ilk cəhd deyil. 2009-cu ildə Uzaq Şərq regionunda qadağaya qarşı etirazları OMON xüsusi amansızlıqla yatızdırdı. 2011-ci ildə prezident seçkilərində səs toplamaq üçün qanun layihəsi arxivə göndərildi.
Bəs nə üçün sağtərəfli hərəkət olan ölkədə ruslara sükanı solda  olan köhnə Toyota, Nissan və ya Honda daha xoş gəlir? Bunun cavabını rus jurnalistləri veriblər. Onların fikrincə, köhnə yapon modelləri təzə rus maşınlarından daha komfortludur. Ən əsası isə, qəza zamanı köhnə Toyota, Nissan və ya Honda sürücü və sərnişinləri daha yaxşı qoruyur.
Bu dəfə isə qadağa ilə bağlı təklifləri yerli avtomobil istehsalçıları da səsləndirir. Çünki dilerlərin anbarlarında 450 mindən çox təzə avtomobil müştəri gözlədiyi halda, əhali, xüsusən də Uzaq Şərq regionu  Yaponiya və Koreyadan gələn ikinci əl avtomobillərə maraq göstərir. Gömrük və utilizasiya rüsumlarının artırılması köhnə Yaponiya və Cənubi Koreya modellərinə marağı azaltmır.

 

Vüqar

Seçilən
19
avtosfer.az

1Mənbələr