AZ

Türkiyənin avtomobil bazarında artım - FOTO

2025-ci ilin yanvar-iyun aylarında Türkiyədə 488 033 ədəd təzə minik avtomobili satılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin Statistika İnstitutu məlumat yayıb. Bildirilir ki, ilin müvafiq dövrü ilə müqayisədə satışlar 5,4 faiz artıb.
Yüngül kommersiya avtomobillərinin satışında da artım müşahidə olunur. Hesabat dövründə 119 974 belə avtomobil satılıb ki, bu da 4,3 faiz artım deməkdir. 
2025-ci ilin ilk yarımilində ən çox satılan maşınlar bunlardır: Renault, Toyota, Volkswagen, Fiat və Hyundai.
Qeyd etmək yerinə düşər ki,  yüngül kommersiya avtomobillərinin satışında artım kiçik və orta biznesin inkişafının göstəricisidir.

 

Vüqar

FOTO QALEREYA
Seçilən
8
avtosfer.az

1Mənbələr