AZ

“Neftçi” 2025/26 mövsümü üçün ev formasını təqdim etdi

Premyer Liqada mübarizə aparan “Neftçi” 2025/2026-cı illər mövsümündə ev oyunlarında istifadə edəcəyi formalarını təqdim edib.

Arena.az xəbər verir ki, paytaxt klubu bununla bağlı rəsmi saytında məlumat paylaşıb.

Bildirilir ki, 2025/2026-cı illər mövsümünün ev forması klubun zəngin tarixindən ilhamlanan retro dizayn nümunəsidir. Formanın üzərində 2026-cı ilin fevralında 80 illik yubileyini qeyd edəcəyimiz klub əfsanəsi Anatoli Banişevskinin “İdeal futbolçu silueti” adlanan xüsusi təsviri yer alır.

Köynəklər Banişevskinin də həlledici rollardan birini oynadığı 1966-cı il mövsümündəki formanın əsasında “Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv hazırlanıb. Formanın arxa boyun hissəsinə işlənmiş xüsusi detal – 8 və 0 rəqəmlərinin incə birləşməsi həm 80 illik yubileyi, həm də əbədiyyəti simvolizə edir. Bu, klubun şanlı keçmişinə ehtiramın rəmzi olmaqla yanaşı, Banişevskinin “Neftçi” tarixindəki əhəmiyyətini bir daha xatırladır.

Seçilən
77
13
arena.az

10Mənbələr