AZ

“Putin şahmat oynayır, Tramp isə…” – SENSASİON YAZI

ABŞ prezidenti Donald Tramp prezidentliyinin ilk aylarında Rusiya lideri Vladimir Putinlə münasibət qurmağa çalışsa da, indi ondan üz döndərməyə başlayıb. Trampın Ukraynaya NATO vasitəsilə silah satışı və Rusiya ilə razılığa gəlmək üçün 50 günlük müddət qoyması onun Putinlə bağlı məyusluğunu göstərir.

KONKRET.azSky News-a istinadən xəbər verir ki, məqalədə bu cür deyilir: “Lakin 50 gün onilliklər, hətta yüzilliklərlə işləyən bir adam üçün uşaq oyuncağıdır. Şübhəsiz, ruslar bu təhdidlərə əhəmiyyət vermir. Vladimir Putin uzunmüddətli oyun aparır – o, bir neçə ABŞ prezidentini geridə qoyub və çox güman, Trampın da gedişini görəcək”.

Nəşrin qənaətinə görə, bu mərhələdə Ukrayna qalib kimi görünür, lakin vəziyyət istənilən anda dəyişə bilər. Çünki Vladimir Putin qədər sabit olan yeganə şey Donald Trampın qeyri-sabitliyidir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
24
konkret.az

1Mənbələr