Ukrayna Prezidenti Volodimir Zelenski Yuliya Sviridenkonun ölkənin Baş naziri vəzifəsinə təyin olunması üçün Ali Radaya rəsmi təqdimat göndərib.
APA xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Kaçura məlumat verib.
“Yuliya Sviridenkonun Ukraynanın Baş naziri vəzifəsinə təyin olunması ilə bağlı təqdimat Radaya daxil olub. Sabah səhər Dövlət İdarəçiliyi Komitəsi təqdimatı müzakirə edəcək”, – Kaçura “Telegram” kanalında yazıb.