ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə mümkün görüşü təhlükə altına atmamaq üçün Çinlə bağlı ritorikasını yumşaldıb.
APA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, Tramp prezidentliyinin birinci dövründə Vaşinqtonla Pekin arasında imzalanan ticarət razılaşmasına bənzər yeni bir saziş bağlamaqda maraqlıdır.