AZ

Suriya ABŞ və ərəb ölkələrinin mövcud böhranın həlli üzrə səylərini alqışlayır

Suriya ABŞ və ərəb ölkələrinin mövcud böhranın dinc yolla həllinə yönəlmiş səylərini alqışlayır, lakin eyni zamanda, ölkənin suverenliyinə hörmət edilməsinin vacibliyini xatırladır.

APA xəbər verir ki, bu barədə Suriyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

“Suriya sabitliyin əldə olunması naminə bütün tərəflərlə əməkdaşlığa hazırdır. Lakin bu, yalnız prosesə cəlb olunan bütün iştirakçıların ölkəmizin suverenliyinə hörmət etməsi şərti ilə mümkündür”, – deyə bəyanatda vurğulanıb.

Seçilən
19
1
apa.az

2Mənbələr