AZ

“Suriya döyüşməyə hazırdır” - Əhməd Əl Şaraa

“Suriya xalqı müharibədən qorxmur”.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bunu Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa xalqa müraciətində deyib.

O, Suriya Silahlı Qüvvələrinin döyüşməyə hazır olduğunu və Suriya üçün vətəndaşlarının və onların hüquqlarının müdafiəsinin prioritet olduğunu bildirib.

Xatırladaq ki, İsrail Suriya ordusunun Dəməşqdəki Baş Qərargahına hava zərbəsi endirib. Suriya Səhiyyə Nazirliyi hava zərbələri nəticəsində azı 13 nəfərin yaralandığını açıqlayıb.

Həmçinin İsrail ordusu Suriya ilə sərhəd bölgəsindəki bölmələrini gücləndirəcəyini açıqlayıb.

Seçilən
25
5
qafqazinfo.az

6Mənbələr