AZ

​"Qalatasaray" ulduz futbolçunu istəyir

"Qalatasaray" "Mançester Siti"nin futbolçusu Stounzu transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, "Mançester Siti" futbolçunun klubdan getməsinə razılıq verib. “The Athletic”in məlumatına görə, "Mançester Siti" bəzi oyunçuların klubdan getməsini istəyir və onlardan biri də Stounzdur. Klubun göndərmək istədiyi futbolçular arasında Mateo Kovacic, İlkay Gündoğan, Claudio Echeverri və digərləri var.Məlumata görə, "Qalatasaray" İlkay Gündoğanın da xidmətində maraqlıdır.

Qeyd edək ki, Stounz zədələrə görə ötən mövsüm Premyer Liqada cəmi 11 matçda iştirak edib.

Seçilən
152
12
metbuat.az

10Mənbələr