AZ

Suriyada atəşkəs əldə olundu – Hökumət qoşunları bu şəhərdən çıxır – FOTO

Suriyada tərəflər arasında atəşkəs razılaşması əldə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ABŞ dövlət katibi Marko Rubio yayıb.

Bu arada, İsrail KİV-ləri yazır ki, Suriya hökumət qüvvələri ölkənin cənubundakı Əs-Süveyda vilayətindən geri çəkilməyə başlayıblar.

Bu addım, bölgədəki gərginliyin azaldılması və siyasi həll yollarının açılması istiqamətində mühüm bir mərhələ kimi qiymətləndirilir.

ABŞ tərəfi atəşkəsin bərqərar olunmasını regionda sabitliyin təmin olunması və insan itkilərinin qarşısının alınması baxımından vacib addım kimi dəyərləndirib.


Bizim.Media

phrase_var_article.chosen
114
bizim.media

1phrase_var_article.sources