AZ

İraqda üçgünlük matəm elan olundu

Hurriyyet.az xəbər verir ki, Bağdadın cənubunda yetləşən Kut şəhərindəki ticarət mərkəzində baş verən yanğın nəticəsində 50 nəfərin həlak olmasından sonra İraqda üçgünlük matəm elan edilib.

"Əl Cəzirə" telekanalının məlumatına görə, bu barədə əyalətin qubernatoru Məhəmməd Cəmil Əl Mayya məlumat verib.

Vali deyib: "Yanğın nəticəsində 50 nəfərə yaxın insan itirmişik. Onların arasında kişilər, qadınlar, uşaqlar var. Yerli hakimiyyət orqanları ticarət mərkəzinin sahibinə, həmçinin, bu işlə əlaqədar olan şəxslərə qarşı məhkəməyə müraciət etməyə başlayıblar. Yanğının səbəblərinin aşkar edilməsi üçün təhqiqat başladılıb. Nəticələr 48 saat ərzində tam şəffaf şəkildə ictimaiyyətə bəyan ediləcək".

Yerli mətbuatın məlumatına görə, yanğın baş vermiş ticarət mərkəzi cəmi 5 gün əvvəl açılıb.

Hürr Tərcüman

Seçilən
59
hurriyyet.az

1Mənbələr