AZ

İraqda hipermarketdə baş verən yanğın zamanı onlarla insan ölüb

Qahirə, 17 iyul, AZƏRTAC

Bu gün səhər saatlarında İraqın paytaxtı Bağdadın cənubunda yerləşən Kut şəhərinin mərkəzindəki hipermarketdə baş verən güclü yanğın nəticəsində təxminən 50 nəfər həyatını itirib, xəsarət alanlar var. Ticarət mərkəzinə ciddi zərər dəyib.

AZƏRTAC İraqın rəsmi xəbər agentliyinə istinadla bildirir ki, ölkənin Mülki Müdafiə Qüvvələri yanğını tam söndürüblər. Hadisənin səbəblərini araşdırmaq üçün istintaq başlayıb, ilkin nəticələrin 48 saat ərzində açıqlanacağı bildirilib.

Kut şəhərinin yerləşdiyi Vasıt vilayətinin qubernatoru Məhəmməd Cəmil əl-Məyahi 3 günlük matəm elan edib. Qubernator hadisənin səbəbkarlarının tapılıb mühakimə ediləcəyini deyib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
47
azertag.az

1Mənbələr