Əfsanəvi basketbolçu Maykl Cordon Yunanıstanda tətildədir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Cordon oyunçu dostları Luka Donçiç, Karmelo Antoni və Bam Adebayo ilə məşhur dəniz məhsulları restoranında nahar edib.
Məlumata görə, basketbolçu ənənəvi yunan yeməklərindən o qədər həzz alıb ki, o, səmimi qarşılandığı üçün işçilərə 11 500 dollar bəxşiş buraxıb. Onun yüksək məbləğdə bəxşiş verməsi hətta dostlarını da şoka salıb.
Məşhur basketbolçunun bu jesti diqqət çəkib.