AZ

İsrail təyyarələri Suriyanın şimal-qərbində hərbi obyektləri vurub

İsrail Hərbi Hava Qüvvələri Latakiya və Cəbəl bölgələrində Suriya ordusunun bazalarına zərbələr endirib…

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri səhər tezdən Suriyanın şimal-qərbində hökumət qüvvələrinin bazalarına hava zərbələri endirib.

Poliqon xəbər verir ki, bu barədə Al Mayadeen telekanalı məlumat yayıb.

Hücumlar 132-ci motoatıcı briqadanın yerləşdiyi Latakiya şəhərinin ətraflarında, həmçinin Cəbəl şəhərindəki 107-ci zirehli briqadanın bazasına endirilib. Hava əməliyyatlarının nəticələri və mümkün itkilər barədə əlavə məlumat verilməyib.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksi və Prezident sarayına zərbələr endirmişdi. Son hücumlar gecə saatlarında Dəməşqin qərbində yerləşən Mezza hərbi hava limanı və El-Muadamiya qəsəbəsinə edilmişdir.

Çərşənbə günü İsrail pilotsuz təyyarələri keçid hökumətinin daxili işlər nazirliyinin xüsusi təyinatlı dəstələrinin konvoyunu Əs-Suveyda şəhərinin yaxınlığında atəşə tutub. Telekanalın məlumatına görə, bu hücum nəticəsində 15-dən çox döyüşçü həlak olub və yaralanıb.

İsrailin müdafiə naziri İsraəl Kac əvvəlcədən xəbərdarlıq etmişdi ki, Suriyanın Əs-Suveyda və ətraf bölgələrdəki qoşunlarını geri çəkmədiyi təqdirdə İsrail Suriyaya zərbələr endirməyə davam edəcək.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr