Suriyada daxili münaqişəni izləyən beynəlxalq təşkilatların və yerli şahidlərin məlumatına görə, Suriya hökumət qüvvələri druzilərin çoxluq təşkil etdiyi Əs-Süveyda bölgəsindən geri çəkilib.
XəzərNews.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, həftəsonu baş vermiş toqquşmalarda 350-dən çox insan həlak olub. Əraziyə nəzarətlə bağlı gərginliyin hələ də davam etdiyi diqqətə çatdırılıb. Hadisə ilə bağlı rəsmi Dəməşqdən hələlik açıqlama verilməyib.
Xəbər 4 dəfə oxunub.