AZ

"Real Madrid" futbolçusunu 3 milyon avroya satdı

BAKI, 17 iyul. TELEQRAF

İspaniyanın "Real Madrid" klubu futbolçusu Yussef Enrikesi satıb.

Teleqraf xəbər verir ki, 19 yaşlı mərakeşli oyunçu "Alaves"ə keçib.

Vitoriya-Qasteys təmsilçisi sol cinah müdafiəçisi ilə 4 illik müqavilə bağlayıb. "Transfermarkt" portalının məlumatına görə, Enrikenin keçidi “Alaves”ə 3 milyon avroya başa gəlib.

Qeyd edək ki, Yussef Enrikes ötən mövsüm "Real Madrid"in gənclərdən ibarət komandasında 35 oyun keçirib. O, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
85
4
teleqraf.com

2Mənbələr