Məşhur müğənni Beyonsa aid mahnılar oğurlanıb.
Far.Az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində restoranın önünüdəki maşından Beyonsa aid "Gizli materiallar" oğurlanıb.
Polisin yaydığı məlumata əsasən, oğurlanan mahnılar Beyonsun indiyə qədər yayımlanmayan mahılarıdır.
"Wagoneer" modelli avtomobil Krog Street Market önündə soyulub.
Bundan başqa bahalı qulaqcıqlar, noutbuk və bahalı geyimlər də maşından oğulanıb.
43 yaşlı Beyons 73 minlik stadionda konsert verərək dünya turuna başlayıb.
Onun dünya turu iyulun sonunda Las-Veqasda yekunlaşacaq.